15 iyul 2015 19:40
İqor Matiç: Qəbələyə qalib gələcəyimizə inanıram
Serbiyanın "Çukariçki" klubunun kapitanı İqor Matiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" klassik Rusiya futbol məktəbi stilində oynayır. Bizi bu komanda ilə maraqlı oyun gözləyir. Amma mən komanda yoldaşlarıma və qələbə qazanacağımıza inanıram".
