15 iyul 2015 17:40
Neftçi rəsmiləri Kassano ilə İstanbulda danışıq aparır
"Neftçi"nin İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə danışıqlar apardığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu danışıqların bəzi detalları müəyyənləşib.
Belə ki, paytaxt klubunun nümayəndələri ulduz futbolçu ilə bağlı danışıqlar aparmaq üçün hazırda İstanbuldadırlar. Futbolçu özü Azərbaycanda oynamağın əleyhinə deyil. Amma o, bunun üçün yaxşı məvacib tələb edir. Klub rəhbərliyinin Flavinyonu yola salmasının əsas səbəblərindən biri də məhz xərcləri azaltmaq məqsədi daşıyır.
