15 iyul 2015 16:45
Pavel Kapsa: Xəzər Lənkəran mövsümün startına qədər tam hazır olacaq
"Xəzər Lənkəran"ın qapıçısı Pavel Kapsa komandasının Türkiyə "Kasımpaşa"sına qarşı yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:
"Kasımpaşa"nın necə güclü komanda olduğu hər kəsə bəllidir. Super Liqada oynayan klubdur. Hər gün məşq edirik, məşqlər çox ağır keçir. Belə yüklənmələrdən sonra oynamaq çox çətindir. Tədricən oyunumuz daha da yaxşılaşacaq. Qarşıda da yoxlama oyunlarımız olacaq. Növbəti mövsümə hazırlığımız öz qaydası ilə gedir. Çempionatın startına qədər tam hazır olmaq istəyirik. Mövsümə yaxşı formada başlamaq istəyirik".
