Qəbələ Çukariçkini Bakıda qəbul edəcək
"Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibini - Serbiya "Çukariçki"sini öz meydanında qəbul etməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, UEFA bu komandanın Tiflis "Dinamo"su ilə ev oyununda baş verən olayları cəzasız qoymayıb.
Belə ki, "Qəbələ" növbəti ev oyununu Bakıda keçirməli olacaq. "Çukariçki" ilə ev oyunu artıq "Bakcell Arena"ya təyin olunub. Həmin qarşılaşma iyulun 23-də keçiriləcək və saat 21:00-da start götürəcək. Artıq UEFA-nın rəsmi saytı da matçın bu arenada keçiriləcəyini təsdiqləyib.
Qeyd edək ki, həmin gün Bakıda digər təmsilçimiz "İnter" İslandiyanın "Hafnarfyordur" klubunu qəbul edəcək. Həmin görüş də eyni saatda başlayacaq. Bu üzdən UEFA-nın bu iki oyundan birinin vaxtını dəyişməsi istisna edilmir.
