15 iyul 2015 15:20

Neftçi İtaliya millisinin sabiq forvardını istəyir

"Neftçi" heyətini İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə gücləndirə bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda onunla danışıqlar aparır.

Qeyd edək ki, İtaliyanın "Bari" klubunun yetirməsi olan Kassano bu komandada qısa müddətli çıxışından sonra 2001-ci ildə "Roma"ya transfer olunub. Məhz paytaxt klubundakı çıxışı ilə parlayan Kassano 118 oyunda 39 qola imza atıb. 2006-cı ildə isə o, İspaniyanın "Real" klubuna transfer olunub. Amma Kassano Madrid klubunda cəmi 19 oyuna çıxıb və 2 qola imza ata bilib. İspaniyadakı karyerası uğurlu alınmadığından o, 2007-ci ildə İtaliyanın "Sampdoriya" klubunda icarə əsasında çıxış etməyə qərar verib. 2007/08 mövsümündə bu komandada 22 oyuna 10 qol vurub. Növbəti mövsümdə isə "Sampdoriya" onun transfer hüququnu "Real"dan alıb. Nəticədə, 2008-2011-ci illər aralığında Antonio bu komandada daha 74 oyun keçirib və 25 qola imza atıb. 2011/12 mövsümünü "Milan"da (33 oyun, 7 qol) keçirən Kassano növbəti mövsümdə də "İnter"in uğurları üçün çalışıb (28 oyun, 8 qol). 2013-cü ildən etibarən isə o, "Parma"da oynayırdı - 53 oyun, 17 qol. Hazırda futbolçu azad agent statusu daşıyır.

Kassano İtaliyanın U-15, U-16, U-18, U-20, U-21 yığmaları ilə yanaşı, əsas milli komandanın da aparıcı üzvlərindən olub. O, A millidə keçirdiyi 39 oyunda 10 qola imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.