15 iyul 2015 14:00
Samir Əliyev: Branimir Subaşiç Neftçinin transfer siyahısında yoxdur
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçlə maraqlandıqlarına dair yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunlar hamısı boş söhbətlərdir. Mən bu barədə heç nə eşitməmişəm. Bircə şey deyə bilərəm - Subaşiçin komandamıza keçidi gündəmdə deyil. Düzdür, menecerlər onu bizə təklif edə bilərlər. Amma bu, bizə maraqlı deyil. "Neftçi"də yeni transferlər olacaq. Lakin onların adını indi açıqlaya bilmərəm. Subaşiç isə siyahımızda yoxdur".
