15 iyul 2015 13:40

Elnur Allahverdiyev: Milli komandaya qayıtmaq planlarım da var

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- Siz yenidən "Xəzər Lənkəran"a qayıtmaq istədiyinizi, klub isə bunda maraqlı olmadığını açıqlayıb. Onlar bunu istəməsələr, nə edəcəksiniz?
- İlk növbədə oraya qayıtmaq istəyirəm. Orada mənə doğrudan da yaxşı olardı. Yunis Hüseynovla əlaqə yaratmağa çalışacağam. Alınmasa, başqa variantlara baxacağam.

- Artıq uzun müddətdir futbol oynamırsınız. Yəqin ki, artıq çəkiniz də var...
- Fərdi qaydada məşq edirəm. İmkan olanda ikitərəfli oyunlarda iştirak edirəm. Çəkim normaldır. Düzünü deyim ki, heç futbola qayıtmamağı düşünürdüm. Amma sonra fikirləşdim ki, gücüm varsa, niyə oynamayım? Həm də futboldan bu formada getməyə layiq olmadığımı düşünürəm. Yığma komandaya qayıtmaq da planlarımda var.

- Bəs "Neftçi" ötən ilin sonunda sizi heyətdən kənarlaşdıranda niyə futboldan getməyə qərar verdiniz?
- Çünki mənə qarşı düzgün münasibət göstərmədilər. Futbolçunu müxtəlif formada cəzalandırmaq olar. Cərimə edərdilər, əvəzedici komandaya göndərərdilər. Niyə mənə qarşı elə etdilər ki? Heç vaxt karyeramda pula görə münaqişə yaratmamışam. Nə qədər veriblər, ona da razılaşmışam. Klubda elə insanlar var idi ki, futboldan başları çıxmadığı halda vəzifə tuturdular.

- Yəqin ki, Azərbaycan klublarının indiki durumundan xəbəriniz var. Artıq futbolçulara əvvəlki pulu vermirlər...
- Bu, mənim üçün problem deyil. Heç vaxt pula qaçmamışam. Mən sadəcə, futbol oynamaq istəyirəm. Amma "Neftçi"də mənə qarşı çox pis davrandılar. Çünki mən yığma komandanın futbolçusu idim. Yenidən "Neftçi"də oynamağa qərar verməklə səhvə yol verdim. Mənə qarşı elə davranacaqlarını bilsəydim, bu kluba qayıtmazdım.

- Qışda Türkiyə klublarından təklif olsa da, qəbul etmədiniz...
- Bəli, variantlar var idi. Amma o qədər acıqlı idim ki, futbol oynamağa həvəs qalmamışdı, o halda heç bir kluba fayda verə bilməzdim. Pula görə hansısa kluba keçə bilərdim, bəs sonra? Mənim vüqarım puldan daha vacibdir. Çoxlu səhvim olmuşdu. Mən mələk deyiləm. Amma həmişə bunu oynadığım klublara çox bağlandığıma görə etmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.