15 iyul 2015 12:30
Nemanya Matiç: Çukariçki nə etdiyini bilən komandadır
İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Nemanya Matiç Serbiyanın "Çukariçki" klubu ilə bağlı maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, Serbiya yığmasının futbolçusu bunları söyləyib:
"Çukariçki"nin oyunu mənim çox xoşuma gəlir. Ümid edirəm ki, əsl Avropa klubu ola biləcək. Təşkilatlanmış, nə etdiyini bilən komandadır. Onlar kifayət qədər sabit oyun sərgiləyirlər".
