15 iyul 2015 11:45
Qəbələ Serbiyaya yollanır
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Çukariçki" ilə qarşılaşacaq "Qəbələ" bu gün Serbiyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun komandası saat 12:00-da çarter reysi ilə Belqrada yollanacaq.
Qeyd edək ki, "Qəbələ" ilə "Çukariçki" arasındakı ilk oyun iyulun 16-da keçiriləcək. Matç 23:30-da start götürəcək.
