14 iyul 2015 21:30
"Qarabağ əsl Avropa komandasıdır, amma idmanda həmişə güclü qalib gəlmir"
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. "Qarabağ"a hörmət edirik. Bu klubun uğurlarından xəbərimiz var. Heyətlərini qoruyub saxlayıblar, deməli, güclüdürlər. Rəqibin oyunlarına baxmışıq. Çox yaxşı komandadır. Mən deyərdim ki, "Qarabağ" əsl Avropa komandasıdır. Amma idmanda həmişə güclü qalib gəlmir. Öz oyunumuzu göstərməyə çalışacağıq".
