14 iyul 2015 20:40
Qarabağın Rudarla oyun üçün start heyəti
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə ilk oyun üçün start heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, böyük ehtimalla baş məşqçi Qurban Qurbanov sabah baş tutacaq Bakıdakı oyuna aşağıdakı start heyətini buraxacaq:
İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Dani Kintana, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Alharbi El Jadeyui, Reynaldo.
