14 iyul 2015 19:40

Flavinyo: Neftçi mənim karyeramın zirvəsi idi

Braziliyalı yarımmüdafiəçi Flavinyo "Neftçi"dən ayrılması ilə bağlı klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, 32 yaşlı futbolçu bunları söyləyib:
 
"Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim. Bəzən zədələr istədiyim kimi oynamağa imkan vermirdi. Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim.

"Neftçi"dən ayrılmağımla bağlı klub rəhbərliyi ilə görüşüm oldu. Qarşılıqlı şəkildə razılaşdıq və dostcasına ayrıldıq. Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi. İndi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir. Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var.

Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bu hər zaman belə olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.