14 iyul 2015 18:00
Kəpəz Rəhimovun keçidini niyə yubadır?
Topaz Premyer Liqasının yeni mövsümünə hazırlaşan "Kəpəz" Moskva "Torpedo"sunun sabiq oyunçusu Azad Rəhimovu heyətinə qatmaq arzusundadır. Azerisport.a xəbər verir ki, yarımmüdafiəçi ilə danışıqlar da uğurlu alınıb və tərəflər müqaviləyə imza atmağa yaxın olublar.
Amma Rəhimovun Rusiya vətəndaşlığını daşıması bu keçidi müvəqqəti əngəlləyib. Hazırda "Kəpəz" rəhbərliyi bu oyunçu ilə bağlı gözləmə mövqeyi tutub. Belə ki, Rəhimovun gənclərdən ibarət Azərbaycan yığmasına dəvət olunması gözlənilir. Bu, baş tutsa, Azad Azərbaycan pasportu əldə edəcək. Gəncə klubu da məhz ondan sonra Rəhimovu yerli futbolçu statusu ilə heyətinə qatacaq.
