14 iyul 2015 17:45
Randeloviç: Qəbələ ilə yox, Dinamo ilə oynamağımızı istəyirdim
Serbiyanın "Çukariçki" klubunun müdafiəçisi Marko Randeloviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü desəm, mən "Qəbələ" ilə yox, Tiflis "Dinamo"su ilə oynamağımızı istəyərdim. "Dinamo" Azərbaycan klubu ilə müqayisədə bir qədər zəif idi. "Qəbələ"nin heyətində yaxşı futbolçular var. Amma "Dinamo"da gənc və təcrübəsiz oyunçular daha çox idi. Onları keçmək olardı".
