Türkiyə mətbuatı: Ümit Özat azərbaycanlı futbolçulara görə istefa verib
Türkiyə mətbuatı azərbaycanlı futbolçular Nurlan Novruzovla Ruslan Tağızadənin "Boluspor"a transferinin baş tutmamasının və baş məşqçi Ümit Özatın istefasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "BoluExpress" portalı məsələyə belə aydınlıq gətirib:
"Ümit Özat komandaya 8 yeni oyunçunun alınmasının vacibliyini açıqlasa da, klub rəhbərliyi onun bu istəyini yerinə yetirmək üçün heç bir addım atmırdı. Belə olan halda Özat klub rəhbərliyindən xəbərsiz Azərbaycandan iki oyunçunu - Ruslan Tağızadə ilə Nurlan Novruzovu Boluya dəvət edib. Hətta onların Türkiyəyə gəlməsi üçün bilet pullarını, səfər xərclərini də mütəxəssis öz vəsaiti hesabına ödəyib. Amma klub rəhbərliyi azərbaycanlı futbolçuların transferinə qarşı çıxıb. Belədə tərəflər arasında mübahisə yaşanıb. Özat rəhbərliyin onun istəklərini nəzərə almadığını, istədiyi transferləri etmədiyini əsas gətirərək, istefa verdiyini açıqlayıb. Bir sözlə, baş məşqçinin istefasına Azərbaycandan gələn oyunçuların səbəb olduğu bildirilir".
