14 iyul 2015 16:45
Məşqçilər Komitəsi PFL prezidenti ilə görüşüb
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə Məşqçilər Komitəsinin Azərbaycan Premyer Liqasının 2015/16 mövsümü ilə bağlı təklifləri və tövsiyələri dinlənilib, ölkə futbolunun hazırkı durumu müzakirə olunub.






