14 iyul 2015 15:40
Branimir Subaşiç Azərbaycan klubuna keçir
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç yenidən karyerasını Premyer Liqamızda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hazırda Serbiyanın "OFK Belqrad" klubunda məşq edən futbolçu "Neftçi" ilə danışıq aparır.
Paytaxt klubu sabiq hücumçunu geri qaytarmaqla hücum xəttini daha da gücləndirməyi hədəfləyib.
