14 iyul 2015 15:20
Sadıq Sadıqov: Nə vaxtsa yenidən futbola qayıdacağam
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov bəyan edib ki, nə vaxtsa yenidən futbola qayıtmağı arzulayır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə dedilər ki, klubun azarkeşlərindən mənim "Neftçi"yə qayıtmağımı istəyənlər var. Təsəvvür edirəm ki, indi orada qalsaydım, haqqımda nələr danışardılar. Amma mən futboldan getmişəm, "Neftçi" İdman Klubu İctimai Birliyinə rəhbərlik edirəm. "Neftçi" PFK-nın indiki rəhbərliyi haqqında danışmaq istəmirəm. Amma bir şeyi deyə bilərəm ki, nə vaxta yenidən qayıdacağam. Həmin qayıdış fərqli olacaq".
