14 iyul 2015 14:40
Sadıq Sadıqov: Samir Əliyev ikinci Qurban Qurbanov olacaq
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov bakılıların baş məşqçisi Samir Əliyevin postunda qalmaq ehtimalından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Samir Əliyev gənc mütəxəssisdir. Fikrimcə, onu dəstəkləmək lazımdır. O, komandanı toparlaya bilər. Hesab edirəm ki, Samir Əliyev ikinci Qurban Qurbanov olacaq".
