14 iyul 2015 14:20
Boluspor Nurlanla Ruslanı baş məşqçi istefasına görə yola salıb
Azərbaycanlı futbolçular Ruslan Tağızadə ilə Nurlan Novruzovun Türkiyənin "Boluspor" klubuna keçidinin baş tutmaması ilə bağlı daha bir maraqlı iddia ortaya atılıb. Azerisport.az xəbər verir ki, öncə onların tibbi müayinədən və testlərdən uğurla keçə bilmədiklərinə görə komandadan göndərildiyi bildirilirdi.
Lakin yeni iddiaya görə, buna səbəb baş məşqçi Ümid Özatın istefası olub. Belə ki, hər iki futbolçumuzu Boluya məhz o dəvət edibmiş. Amma Özatın gözlənilməz istefasından sonra klub rəhbərliyi azərbaycanlı futbolçularla da müqavilə imzalamqdan imtina edib.
