UEFA Qəbələni cəzalandıracaq, Çukariçki ilə oyun Bakıda baş tutacaq
UEFA "Qəbələ"ni cəzalandırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Dinamo"su ilə cavab oyununda baş verən olaylar bu kluba baha başa gələcək.
Qitə futbol qurumunun klubun ev oyunlarını keçirdiyi Qəbələ şəhər stadionunu diskvalifikasiya etməsi gözlənilir. Belə olan halda "Qəbələ" ikinci təsnifat mərhələsindəki rəqibini - Serbiyanın "Çukariçki" klubunu doğma divarlar arasında yox, Bakıda qəbul etməli olacaq. Artıq klub rəhbərliyi bununla bağlı müvafiq tədbirlər görməyə başlayıb. Belə ki, "Qəbələ" "Çukariçki"ni "Bakcell Arena"da qəbul etmək üçün danışıqlara başlayıb.
Qeyd edək ki, UEFA-nın İntizam Komitəsinin iclası sabaha nəzərdə tutulub. "Qəbələ" ilə "Çukariçki" arasındakı cavab oyunu isə iyulun 23-də baş tutacaq.
