14 iyul 2015 13:20
İsgəndər Cavadov: Bakını Premyer Liqada görmək istəyərdim
Regional Futbol Federasiyasının rəhbəri İsgəndər Cavadov Topaz Premyer Liqasının yeni mövsümü ilə bağlı gözləntilərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün üçün qarşıdakı mövsümün səviyyəsi barədə nəsə demək düzgün olmaz. Klublarımızın istedadlı gənclərə şans verməsini gözləyirəm. Çünki son illərdə gənclərimizə kifayət qədər diqqət ayrılmır. Ümid edirəm ki, növbəti mövsümdə onları meydanda daha çox görəcəyik. "Bakı"nı da Premyer Liqada görmək istəyərdim. Lakin regionları da unutmamaq lazımdır".
