14 iyul 2015 13:00
UEFA Neftçinin dava salan futbolçularını sabah cəzalandıracaq
Sabah UEFA-nın İntizam Komitəsi Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarında baş verən olaylara hüquqi qiymət verəcək. Azerisport.az xəbər verir ki, müzakirəyə çıxarılacaq məsələlərdən biri də "Neftçi" ilə Çernoqoriyanın "Mladost" klubu arasındakı cavab görüşündən sonra baş verən dava-dalaş olacaq.
Qeyd edək ki, həmin oyunun final fiti səslənən kimi "ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşən Maksim Vaylo ilə Rahil Məmmədov dərhal meydana atılaraq, rəqib futbolçularla davaya səbəb olmuşdular. Amma hakim baş verənlərə görə yalnız Maksim Vaylonu və Ayltonu qırmızı vərəqə ilə cəzalandırmışdı. Çox güman ki, UEFA da sözügedən oyunçuları bir neçə matç diskvalifikasiya edəcək.
