14 iyul 2015 12:40
Amit Quluzadə Çexiyada çıxış edə bilər
Azərbaycanlı futbolçu Amit Quluzadə karyerasını Çexiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, son mövsümü Portuqaliyanın "Atletiko" klubunda keçirmiş həmyerlimiz hazırda özünə yeni iş yeri axtarır.
Bu üzdən də o, indi Çexiyadadır. Amitin sözügedən ölkənin yüksək liqasında çıxış edən iki klubla danışıq apardığı bildirilir.
