14 iyul 2015 12:20
Məşqçilər Komitəsinin üzvləri Avroliqa oyunlarını izləyəcəklər
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimizin keçirəcəyi oyunları izləyəcəklər. Azerisport.az xəbər verir ki, Şakir Qəribov “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan) oyununu izləmək üçün Belqrada, Böyükağa Hacıyev isə “Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan) matçına baxmaq üçün Hafnarfyordura səfər edəcək.
