14 iyul 2015 12:00
Türkiyə klubu Tağızadə ilə Novruzovdan imtina etdi
Azərbaycanlı futbolçular Ruslan Tağızadə ilə Nurlan Novruzovun Türkiyənin "Boluspor" klubuna keçməyə hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onların heç birinin sözügedən kluba keçidi baş tutmayıb.
Belə ki, futbolçularımız müqavilə bağlamazdan öncə tibbi müayinədən və testlərdən keçirilib. Amma onlar bu testlərdən uğurla keçə bilmədiklərinə görə, klub rəhbərliyi müqavilə bağlamaqdan imtina edib.
Qeyd edək ki, hər iki futbolçunun Azərbaycana qayıtması gözlənilir.
