14 iyul 2015 11:40

Sergey Zenyov: Səfərdə 1:2 hesablı məğlubiyyət bizi qane etməyəcək

"Qəbələ"nin hücumçusu Sergey Zenyovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su ilə cavab matçındakı ilk qolun sizin adınızdan silinib, Asif Məmmədovun adına yazılmasını necə qarşıladınız?
- Normal. Mənim öncədən də heç bir irdım yox idi. Çünki onu mən yox, Asif vurmuşdu. Əsas odur ki, bu qol alındı, onu kimin vurması isə önəmli deyil.

- İlkin təsnifat mərhələsində qol vura bilməyən Zenyova bu dəfə fərqlənmək nəsib olacaq?
- Yüz faiz qol vuracağımı söz verə bilmərəm. Amma çalışacağam. Hücumçu olduğuma görə qol vurmaq, komandama qələbə qazandırmaq mənim işimdir.

- "Çukariçki" ilə oyuna hazırlıq necə gedir?
- "Dinamo" üzərindəki vacib qələbədən sonra komandada çox müsbət əhval-ruhiyyə var. Belə bir vəziyyətdə növbəti matça hazırlıq qətiyyən pis gedə bilməz. Daha bir vacib qarşıdurmaya ciddi hazırlaşırıq.

- Növbəti rəqibin daha güclü olduğunu nəzərə alsaq, şansları necə qiymətləndirirsiniz?
- Şansları dəyərləndirməyəcəyəm. İstənilən halda öz futbolumuzu oynamaq və qələbə qazanmaq haqda düşünəcəyik.

- Yəqin ki, komandada özünəinam artıb. "Qəbələ" bu dəfə də mərhələ keçə bilər?
- Necə olacağını hamımız birlikdə görəcəyik. Amma təbii ki, biz də qələbələrimizin sayının daha çox olmasını istəyirik.

- "Dinamo" ilə oyunlardakı ssenarini nəzərə alsaq, səfərdə yenə 1:2 hesablı məğlubiyyət sizi qane edəcək?
- Xeyr, qane etməz. Bizi hansı hesabın qane edəcəyini də düşünməməliyik. Məğlubiyyət isə ümumiyyətlə komandanı qane edə bilməz. Yalnız qələbə barədə düşünürük. Oyunlara da o istəklə çıxacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.