14 iyul 2015 00:30
Bakı rəhbərliyi Novruzovun Türkiyə klubuna keçidinə mane olmayacaq
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov komandanın hücumçusu Nurlan Novruzovun Türkiyənin "Boluspor" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Novruzov istənilən kluba keçə bilər. "Bakı" rəhbərliyi buna mane olmayacaq. Bildiyiniz kimi, Nurlanın klubumuzla 2018-ci ilədək müqaviləsi var. Amma futbolçu əcnəbi klubla müqavilə bağlamaq istəsə, biz buna mane olmayacağıq. Sadəcə, ya Novruzovun özü, ya da yeni klubu buna görə kiçik məbləğdə kompensasiya ödəməli olacaq".
