14 iyul 2015 00:20
Kamran Ağayev Türkiyənin 1-ci liqasına qayıda bilər
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yeni mövsümdən yenə Türkiyənin PTT 1-ci liqa klubunda çıxış edə bilər. Azerisport.az xəbər verir ki, onunla "Karşıyaka" yaxından maraqlanır.
Son mövsümdə 1-ci liqada 9-cu olmuş bu komanda hazırda qapıçı axtarışındadır. Məşqçilər korpusunun siyahısında yer alan qolkiperlərdən biri də Kamrandır. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, Ağayev son mövsümü PTT 1-ci liqanın çempionu olaraq Super Liqaya vəsiqə əldə edən "Kayserispor"da keçirsə də, mövsüm başa çatandan sonra komanda ilə yollarını ayırmışdı.
