14 iyul 2015 00:00
Prosineçki Serbiyaya Draqan Spaşiçi göndərəcək
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Mahmud Qurbanovun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 16-da keçiriləcək “Hafnarfyordur” (İslandiya) – “İnter” matçını izləmək üçün sözügedən ölkəyə yollanacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, millinin digər məşqçisi Draqan Spaşiç isə "Çukariçki" (Serbiya) - "Qəbələ" oyununu izləməyə gedəcək.
