13 iyul 2015 19:00
Qarabağın Mədətov israrı davam edir
Azərbaycan çempionu "Qarabağ"ın "Bakı"nın gənc futbolçusu Mahir Mədətovun xidmətində maraqlı olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlara baxmayaraq, bu transfer hələ də reallaşmayıb.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov Mədətovu hətta komandasının Avstriya toplanışına da dəvət etmişdi. Amma "Bakı" rəhbərliyi buna razılıq verməmişdi.
Hazırda iki klub arasında danışıqlar davam edir. İstisna edilmir ki, yaxın günlərdə Mədətov Ağdam klubu ilə müqavilə imzalasın.
