13 iyul 2015 18:20
Mahmud Qurbanov İslandiyaya gedəcək
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, yığmamızın məşqçisi Mahmud Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Hafnarfyordur” (İslandiya) – “İnter” oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, sözügedən oyun iyulun 16-da İslandiyanın Hafnarfyordur şəhərində baş tutacaq.
