13 iyul 2015 18:40
Petar Zlatinov fikrini dəyişdi, İnterə gəlir
Bolqarıstanlı yarımmüdafiəçi Petar Zlatinov yenidən "İnter"ə qayıtmaq fikrinə düşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubu bir müddət öncə onu qaytarmağa çalışsa da, Petar son anda fikrindən daşınmış və bundan imtina etmişdi.
Amma saytımıza yeni açıqlamasında Zlatinov yenə Azərbaycan klubunda oynamaq istəyini dilə gətirib: "İnter"in Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəldiyini bilirəm. Komandanın çıxışı ilə maraqlanıram. Yəqin ki, mən də bu komandaya qayıdacağam. Tezliklə Bakıya gələcəyəm. Ümid edirəm ki, klub rəhbərliyi ilə danışıb, ortaq məxrəcə gələ biləcəyik. Yenidən bu komandaya kömək etmək xoş olardı".
Qeyd edək ki, Zlatinov 2008-2013-cü illər aralığında "İnter"də oynayıb. Onun son klubu isə "Çerno More" olub.
