13 iyul 2015 17:40
Asif Məmmədov: Qəbələ ilə Çukariçkinin şansları bərabərdir
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Çukariçki"si ilə oyunlar öncəsi şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çukariçki" yaxşı komandadır. Həm Serbiyada, həm də Avropada yaxşı çıxış edir. Birinci təsnifat mərhələsində Sloveniyanın "Domjale" komandasını mübarizədən kənarlaşdırıb. Bizi çox çətin oyunlar gözləyir. Öncədən dəqiq heç nə demək olmaz. Amma şansların bərabər olduğunu düşünürəm. Maksimum uğurlu çıxış etməyə çalışacağıq".
