13 iyul 2015 16:45
Toğrul Erat Feyenoorda qarşı oynadı
Almaniyanın "Fortuna" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşıb.
Matç Düsseldorf təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat meydana 71-ci dəqiqədə, hesab 0:1 olarkən daxil olub.
