13 iyul 2015 16:30
Samir Əliyev: Yeni transferlər olacaq
"Neftçi"nin baş məşqçisi Samir Əliyev komandanın Topaz Premyer Liqasının növbəti mövsümünə hazırlığı, eləcə də postunda qalmaq ehtimalı barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İyulun 15-dən məşqlərə başlayacağıq. Toplanış müddətində azı üç yoxlama oyunu keçirmək istəyirik. Çempionata qədər tam hazır olmaq istəyirik. Baş məşqçi postunda qalmağımla bağlı suallara gəlincə, Allah eləsin ki, hər şey yaxşı olsun. Daha yaxşı nəticələr qazanmaq istəyirik. Hazırda yeni oyunçular axtarşındayıq. Ona görə də yeni transferlər olacaq".
