13 iyul 2015 16:15
Neftçinin Müşahidə Şurası Samir Əliyevlə bağlı qərarını nə vaxt verəcək?
"Neftçi"nin Müşahidə Şurası bu həftə yenidən bir araya gələcək. Azerisport.az xəbər verir ki, toplantıda komandanın Avropa Liqasınin birinci təsnifat mərhələsindəki çıxışı, eləcə də baş məşqçi Samir Əliyevin gələcək taleyi və heyəti gücləndirməklə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, "Neftçi" Avroliqada Çernoqoriyanın "Mladost" klubunu məğlub edə bilmədiyi üçün mübarizəni erkən dayandırmalı oldu (evdə – 2:2, səfərdə – 1:1). Bu üzdən də Samir Əliyevin baş məşqçi postunda qalıb-qalmayacağına dair qeyri-müəyyənlik var.
