13 iyul 2015 15:00

Boqavaç: Mərhələ keçmək üçün Qarabağla ilk oyunda müsbət nəticə qazanmalıyıq

Çernoqoriyanın "Rudar" klubunun məşqçisi Vuko Boqavaç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Fikrimcə, "Qarabağ"la ilk oyuna qədər 70-80 faiz hazır olacağıq. Bu ilk oyunda tərifəlayiq futbol sərgiləməyimiz üçün kifayət etməyə bilər. Amma ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanmağımıza bəs edəcək. Çünki biz iki oyunun nəticəsinə görə üstün tərəf olmaq istəyirik. Bunun üçün isə ilk oyunda da özümüzü yaxşı tərəfdən göstərməyə borcluyuq".

Məşqçinin sözlərinə görə, "Rudar" yaxşı şans əldə edib: "Uşaqlarımıza inanıram. Onlar da gözəl başa düşürlər ki, klubumuz, ölkəmiz və özləri üçün tarixi bir uğura imza atmaq şansı əldə ediblər".

Boqavaç Rusiyanın "Mordoviya" klubu ilə yoxlama oyununda 2:4 hesablı məğlubiyyətə də münasibət bildirib: "Rəqibimiz fiziki cəhətdən bizdən daha yaxşı hazırlıqlı idi. Bir saat ərzində yaxşı futbol sərgiləməyi bacardıq. Amma matçın sonlarına doğru yorğunluq özünü göstərdi. Bu oyun bir daha göstərdi ki, biz istənilən rəqiblə lazım olan səviyyədə rəqabət apara bilərik. Komandamızın böyük potensialı var".

Qeyd edək ki, "Qarabağ"la "Rudar" arasındakı ilk oyun iyulun 15-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.