13 iyul 2015 15:15
Novruzov Elazğıspora yox, Boluspora keçir
"Bakı"nın hücumçusu Nurlan Novruzov karyerasını Türkiyənin "Boluspor" klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, bir müddət öncə Novruzovun Türkiyənin "Elazığspor" klubu ilə müqavilə bağlamağa hazırlaşdığı xəbəri yayılmışdı. Amma son anda tərəflər razılığa gələ bilməyiblər.
Bu üzdən də Premyer Liqanın son mövsümünün bombardiri "Boluspor"la danışıqlara başlayıb. Artıq Nurlan öz meneceri ilə bu klubun düşərgəsində də olub. Yaxın günlərdə bir illik müqavilənin imzalanması gözlənilir.
