13 iyul 2015 14:45
Neftçi bu həftə hazırlığa start verəcək
"Neftçi" bu həftə məşqlərini bərpa edəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Samir Əliyev komandaya iyulun 15-dək istirahət verib.
Məhz həmin gün bir araya gələcək komanda Topaz Premyer Liqasının yeni mövsümünə hazırlığa start verəcək. Böyük ehtimalla komanda təlim-məşq toplanışı üçün yenidən ölkə xaricinə yollanacaq.
