13 iyul 2015 13:30

"Neftçinin inkişafına dair strategiyamız Samir Əliyevlə bağlıdır və onu dəyişmək fikrimiz yoxdur"

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsində Çernoqoriya "Mladost"unu keçə bilməməyinizi necə qəbul etdiniz?
- Hələ də çox böyük üzüntü var. Hər iki oyunda rəqibimizdən daha yaxşı çıxış etdik. Amma digər tərəfdən başa düşürük ki, komanda hələ lazım olan səviyyədə deyil. Əsas odur ki, komanda ritmi itirməsin. Bu tempdə davam etsək, daha böyük uğurlara imza ata bilərik.

- Avroliqada uğur qazanılmayacağı halda Samir Əliyevin baş məşqçi postundan göndəriləcəyi bildirilirdi...
- Fikrimcə, o, qalacaq. Biz onun işindən razıyıq. Eləcə də köməkçilərinin. Çətin ki, dəyişiklik olsun. Bizim klubun inkişafına dair strategiyamız Samir Əliyevlə bağlıdır. Bu strategiyanı dəyişmək fikrimiz də yoxdur.

- Çernoqoriyadakı oyundan sonra dava salan Maksim Vaylo ilə Ayltonu hansı cəza gözləyir?
- Bu görüşlərin ən xoşagəlməz məqamı məhz həmin hadisə oldu. Peşəkar baxımdan yanaşsaq, futbolçuların bu hərəkəti qətiyyən düzgün deyildi. Onlara pul cəriməsi kəsiləcək. Amma Aylton davada iştirak etməyib. Davaya səbəb olan Maksim Vaylo ilə Rahil Məmmədov olub. Lakin istənilən halda belə hərəkətlər "Neftçi"yə yaraşmır. Onlar klubun imicinə zərbə vurdular.

- Heyətin daha da gücləndirilməsi mümkündür?
- Böyük ehtimalla yeni futbolçular olacaq. Çünki güclənməsinə ehtiyac duyulan mövqelər var. Yeni futbolçular legioner olacaq.

- Neçə transfer etməyi düşünürsünüz?
- Bir və ya iki mövqeyə legioner almağı düşünürük.

- Yeni mövsümə hazırlıq üçün yenidən xaricə getməyi düşünürsünüz?
- Toplanış keçməyi düşünürük. Böyük ehtimalla xaricdə hazırlaşacağıq. Hazırda bu məsələ üzərində iş gedir. "Neftçi"yə güclü sınaqçı-rəqiblər də lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.