13 iyul 2015 13:15
Neftçi Çernoqoriyada dava salan futbolçularını cəzalandıracaq
"Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə səfər oyunundan sonra dava salan futbolçularını cəzalandıracaq. Azerisport.az xəbər verir ki, söhbət Maksim Vaylo ilə Rahil Məmmədovdan gedir.
Çünki hakimin final fitindən sonra meydana qaçan məhz bu iki futbolçu olub və davaya səbəb olublar. Vaylo həmin hadisəyə görə hakim tərəfindən hətta qırmızı vərəqə də alıb. Rahil cəzasız qalıb. Əvəzində hakim böyük ehtimalla digər qırmızı vərəqəni səhvən Ayltona göstərib. Amma "Neftçi" rəhbərliyi davada iştirak etməyən braziliyanı yox, Rahili cəzalandıracaq.
Qeyd edək ki, klub rəhbərliyi hər iki futbolçuya pul cəriməsi kəsəcək.
