13 iyul 2015 12:00

Zirə ilk yoxlama oyununda qələbə qazandı

“Zirə” FK Premyer Liqaya hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan qarşılaşmada rəqib 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması olub.

Qarşılaşmanın 6-cı dəqiqəsində Rəşad Abdullayevin künc zərbəsi ilə ötürdüyü topu Sadiq Quliyev qapıdan keçirib – 1:0. Hissənin sonlarında isə Rəşad Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb – 2:0.

Oyunun 2-ci hissəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov meydana gənc və yeniyetmə futbolçuları buraxib. Debütantın tam üstünlüyü müşahidə olunsa da, fasilədən sonra hesab dəyişməyib. Beləliklə, “Zirə” yay hazırlıq dönəmində keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qələbə qazanıb. Viktor İqbekoyi, Tellur Mütəllimov və Aleksandr Şemonayev zədəli olduqları üçün qarşılaşmada iştirak etməyiblər.

Xatırladaq ki, “Zirə” Premyer liqaya hazırlıq çərçivəsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyədə keçirəcək. İyulun 15-də Ərzuruma gedəcək komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək və ayın sonunda vətənə dönəcək.

“Zirə” – U-19  2:0
Qollar: Sadiq Quliyev 6, 1-0. Rəşad Abdullayev 45, 2-0.

“Zirə”: Kamal Bayramov, Ruslan Cəfərov, Adil Nağıyev, Ruslan Poladov, Sadiq Quliyev, Hacı Əhmədov, Tərzin Cahangirov, Luiz Alberto Diez “Tato”, Təmkin Xəlilzadə, Rəşad Abdullayev, Elgün Nəbiyev.
Ehtiyat oyunçular: Elməddin Məmmədov, Mirkamil Həşimli, Ilqar Hüseynov, Mirkamil Əliyev, Ürfan İsmayılov, Əlibəy Məmmədli.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.