13 iyul 2015 11:30

İqor Matiç: Qəbələ favoritdir, amma biz sürpriz etməyə çalışacağıq

Serbiyanın "Çukariçki" klubunun kapitanı İqor Matiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlarla bağlı azerisport.az saytının suallarını cavablandırıb:

- "Qəbələ"yə keçməzdən öncə, ilk təsnifat mərhələsindəki rəqibiniz - Sloveniya "Domjale"si ilə oyunlarınız barədə danışmağınızı istərdik - (1:0, 0:0).
- Bu komanda ilə oyunlarımız doğrudan da çətin alındı. Amma biz vəziyyətdən çıxmağı bacardıq. "Domjale" güclü komanda idi. Lakin biz bu komandanı mübarizədən kənarlaşdıra bildik.

- "Qəbələ" isə Tiflis "Dinamo"suna qalib gəldi. Bu klublardan hansı ilə qarşılaşmağı arzulayırdınız?
- Hər iki komanda güclü rəqib idi. Amma bizə "Qəbələ" nəsib oldu. Gələcək rəqibimiz barədə çox danışmaq istəmirəm. Nəyin necə alınacağını oyunlar göstərəcək.

- "Qəbələ" barədə nə bilirsiniz?
- Bilirəm ki, yaxşı komandadır. Heyətində xeyli legioner çıxış edir.

- Onlardan hansınısa tanıyırsınız?
- Yalnız üç futbolçunu tanıyıram. Biri serbiyalı Voyislav Stankoviçdir. O, vaxtilə "Partizan"da oynayıb. Aleksey Antonovla "Dnepr"də birgə çıxış etmişik. Moskva "Torpedo"su ilə "Dinamo"da çıxış etmiş Georgi Floreskunu da yaxşı tanıyıram.

- "Qəbələ"nin oyunlarına baxmısınız?
- Bəli, "Qəbələ"nin "Dinamo" ilə cavab oyununu görmüşəm.

- Şansları necə qiymətləndirərsiniz?
- Mənim fikrimcə, "Qəbələ" cütün favoritidir. Amma biz sürpriz etməyə çalışacağıq.

- İlk oyun Serbiyada keçiriləcək. Bunu sizin üçün üstünlük hesab etmək olar?
- Xeyr, bu, rəqibin üstünlüyüdür. Çünki "Qəbələ" cavab oyununu doğma azarkeşləri qarşısında keçirəcək.

- İlk mərhələdə komandanızın yeganə qolunu siz vurmusunuz. "Qəbələ" ilə oyunlarda da eyni nəticəni gözləyirsiniz?
- Qol vurmağa, fanatlarımızı sevindirməyə çalışacağam. Amma "Çukariçki"nin oyunu tək məndən asılı deyil. Biz güclü komandayıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.