13 iyul 2015 00:15
Çukariçkinin kapitanı: Qəbələnin 3 futbolçusunu yaxşı tanıyıram
Serbiyanın "Çukariçki" klubunun kapitanı İqor Matiç Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bilirəm ki, "Qəbələ" yaxşı komandadır. Heyətində xeyli legioner çıxış edir. Onlardan üçünü yaxşı tanıyıram. Biri serbiyalı Voyislav Stankoviçdir. O, vaxtilə "Partizan"da oynayıb. Aleksey Antonovla "Dnepr"də birgə çıxış etmişik. Moskva "Torpedo"su ilə "Dinamo"da çıxış etmiş Georgi Floreskunu da yaxşı tanıyıram".
