12 iyul 2015 20:30
Qəbələ Simurqdan ayrılmış hücumçu ilə güclənmək istəyir
"Qəbələ" heyətinə daha bir futbolçu qatmağa yaxındır. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Vadim Abdullayevin xidmətində maraqlıdır.
Ötən mövsümü "Simurq"da keçirmiş futbolçu hazırda klubsuzdur. "Qəbələ" 20 yaşlı hücumçu ilə danışıqları müsbət yekunlaşdırmağa yaxındır. Böyük ehtimalla tərəflər 2 və ya 3 illik müqaviləyə imza atacaqlar.
