12 iyul 2015 20:00
Qəbələ üçün rumın, İnter üçün isveç hakim
Azərbaycanı Avropa Liqasının ikinci təsnifat mərhələsində təmsil edəcək "İnter"lə "Qəbələ"nin ilk oyunlarının hakimləri müəyyənləşib. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul
23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ"
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.
00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter"
Baş hakim: Mixael Leryus (İsveç).
Hafnarfyordur. "Kaplakrikavollur" stadionu.
Qeyd edək ki, komandalarımızın cavab oyunları iyulun 23-də baş tutacaq.
