12 iyul 2015 15:30
Erat Kiyev Dinamosuna qarşı oynadı
Almaniyanın "Fortuna" klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası Kiyev "Dinamo"su ilə qarşılaşıb.
Qarşılaşma Ukrayna klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Düsseldorf təmsilçisinin start heyətində meydana çıxmış Erat 64-cü dəqiqədə əvəzlənib.
