12 iyul 2015 13:30
Dmitri Nazarov La Liqanın 9-cu komandasına qarşı
Almaniyanın "Karlsrue" klubu yoxlama oyunu keçirmək üçün daha bir rəqib tapıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İspaniyanın "Malaqa" klubu ilə üz-üzə gələcək.
La Liqanın son mövsümünü 9-cu pillədə başa vurmuş bu komanda ilə görüş iyulun 17-də baş tutacaq. Qarşılaşma Karlsruedəki "Vildpark Arena"da keçiriləcək.
