Lyubo Baranin: Çukariçki ilə oyunda Qəbələyə azarkeşlik edəcəyəm
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Lyubo Baranin bu komandanın Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Serbiyada baş tutacaq ilk oyuna getmək istəyirəm. "Qəbələ"yə azarkeşlik edəcəyəm. Komandaların şansları bərabərdir. "Çukariçki" Serbiyanın ən yaxşı komandalarından biridir. Fiziki baxımdan çox hazırlıqlı komandadır, yaxşı baş məşqçisi var. Fikrimcə, "Qəbələ"yə ilk oyunda çətin olacaq. Buna üçsaatlıq zaman fərqi də təsirini göstərəcək. Amma "Qəbələ" ev oyununda qələbə qazanmaq üçün yaxşı şansa malikdir. "Çukariçki"dən mənə zəng edən olmamışdı. Amma Serbiyanın futbol mütəxəssisləri zəng edirlər, "Qəbələ" ilə maraqlanırlar. Fikrimcə, "Qəbələ"nin düşərgəsində də hazırda "Çukariçki" ilə yaxından maraqlananlar var".
